Sabah Ramazanın ilk Qədr gecəsidir

17.03.2025

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Sabah Azərbaycanda Ramazan ayının ilk Qədr (Əhya) gecəsi olacaq.

Moderator.az xəbər verir ki, bu il ilk Qədr gecəsi martın 18-dən 19-a keçən gecəyə təsadüf edir.

Ramazan ayının növbəti qədr gecələri isə 20, 22 və 26 mart tarixlərinə düşür.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 1-də başlayıb.

Martın 30-da isə fitr bayramı qeyd olunacaq.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью