Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Sabah" klubunun yeni qapıçısı, Qazaxıstan millisinin futbolçusu Stas Pokatilov ölkəsinin "Sport+" telekanına müsahibə verib.
QOL.az xəbər verir ki, o, yeni klubuna keçidi və digər mövzularla bağlı sualları cavablandırıb. - Stas, öncə “Sabah”a keçidindən danış.
Klubla bağlı variant necə yarandı? - Deyə bilərəm ki, bütün dekabrı və yanvarın əvvəlini danışıqlara sərf etmişəm.
Əvvəlcə “Aktobe” ilə danışıqlar aparılsa da, baş məşqçi başqa qapıçıya üstünlük verdiyi üçün alınmadı.
Sonra “Sabah”ın rəhbərliyi mənimlə əlaqə saxladı və mən onlarla danışıqlara başladım.
Təxminən bir həftə ərzində ümumi razılığa gəldik və əməkdaşlığa başladıq.
- Əvvəllər Türkiyə və Litva çempionatlarının klublarının sizə maraq göstərməsi ilə bağlı xəbərlər yayılmışdı. Niyə Azərbaycanı seçdiniz?