futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Sabah”ın idman direktoru İqor Ponomaryov Çempionlar Liqasının püşkatmasını dəyərləndirib.
Futbolpress.az xəbər verir ki, funksioner Rusiya mətbuatına müsahibəsində bunları deyib:
“Demək olar, “ölüm qrupu”na düşmüşük. Çox güclü komandalarla qarşılaşacaq. Bir tərəfdən yaxşıdır, inkişaf edəcəyik, böyük komandalar Azərbaycana gələcək.
Asan təslim olmayacağıq, mübarizə aparacağıq. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik.
İsveç millisi 2006-cı ildə dünya çempionatında “ölüm qrupu”na düşmüşdü, amma çıxa bildilər. Bunu heç vaxt unutmuram. Biz də yaxşı oynamağa, nəticələr qazanmağa çalışacağıq. Hər matçdan zövq alacağıq”.
“Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Barselona” (İspaniya), “Borussiya” (Dortmund, Almaniya), “Napoli” (İtaliya) və “Slaviya” (Çexiya) ilə Bakıda üz-üzə gələcək. Ölkə çempionu “Arsenal”, “Mançester Yunayted” (hər ikisi İngiltərə), “Vilyarreal” (İspaniya) və “Vikinq”lə (Norveç) səfərdə qarşılaşacaq.