“Sabah” rəsmisindən Rotanla bağlı AÇIQLAMA

12.07.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna mətbuatı “Aleksandriya” klubunun baş məşqçisi Ruslan Rotanın “Sabah”a rəhbərlik edə biləcəyini yazıb. İddiaya görə, mütəxəssis Bakıya gələrək klubun prezidenti Maqsud Adıgözəlovla görüşəcək.

“Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov “FutbolPress“ə açıqlamasında məsələyə münasibət bildirdi:

“Qarşıda bizi Azərbaycan Kubokunun finalında çox vacib oyun gözləyir. Hazırda klub olaraq bütün diqqətimizi bu matça yönəltmişik”.

“Sabah”ı hazırda rusiyalı Vasili Berezutski çalışdırır. “Bayquşlar” Premyer Liqada mövsümü 5-ci sırada bitirib. “Sabah” ölkə kubokunun finalında isə mayın 31-də “Qarabağ”la qarşılaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью