Sabah Rusiya və ABŞ diplomatları İstanbulda görüşəcək

10.04.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya və ABŞ nümayəndə heyətləri sabah İstanbulda iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyətinin normallaşdırılması üzrə məsləhətləşmələrin ikinci mərhələsini keçirəcəklər.

APA xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, görüşdə iki ölkənin xarici siyasət idarələrinin nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, ilk belə görüş fevralın 27-də baş tutub və mətbuata bağlı qapılar arxasında söhbət 6 saatdan çox davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью