Sabah Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransı keçirəcək KONKRET

24.12.2024

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 26-da xarici və Rusiya KİV nümayəndələri ilə onlayn mətbuat konfransı keçirəcək.

KONKRET.az xəbər verir ki, bunu “Rossiya-24” telekanalında Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib: “Mövzular çox olduğu üçün mətbuat konfransı qaynar keçəcək. Cənab Lavrov beynəlxalq vəziyyətin yekun aspektlərinin konturlarını açıqlayacaq”. Zaxarova onu da əlavə edib ki, dekabrın 25-də Lavrov “Rossiya-1” kanalının “60 dəqiqə” proqramına müsahibə verəcək. Bundan əvvəl istefada olan polkovnik-leytenant Daniel Davis ABŞ-ni  Lavrovun xəbərdarlıqlarını ciddi qəbul etməyə çağırıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью