“Sabah” Rusiyada 2 ci oldu

18.05.2025

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Rusiyanın Kazan şəhərində keçirilən “East Cup Kazan” beynəlxalq futbol turnirinə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, “Sabah”ın U-10 komandası turnirin həlledici oyununda Rusiyanın “Rubin” (Kazan) komandası ilə qarşılaşıb.

Matç rəqibin 4:3 hesablı qələbəsi ilə nəticələnib. Baş məşqçi Məhərrəm Müslümzadənin rəhbərlik etdiyi kollektiv turniri ikinci pillədə başa vurub. Komandanın futbolçusu Muronur Əlili yarışın ən yaxşı futbolçusu seçilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью