Sabah rusiyalı baş məşqçi ilə bağlı yekun qərarını açıqladı

04.06.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Sabah" rusiyalı baş məşqçisi Vasili Berezutski ilə bağlı qərarını verib.

Oxu.Az xəbər verir ki, paytaxt təmsilçisi rusiyalı mütəxəssislə yollarını davam edəcək.

Komanda Premyer Liqada uğursuz çıxış etsə də, Azərbaycan Kubokunu qazanması 42 yaşlı çalışdırıcı ilə bağlı bədbin düşüncələrin aradan qalxmasına səbəb olub. Rəhbərlik indi ona daha bir il şans verib qarşısına avrokuboklarla yanaşı, Premyer Liqada da uğurlu çıxış etmək məqsədi qoyacaq. Hazırda tərəflər gələcək planlar barədə müzakirələr aparırlar.

Qeyd edək ki, Vasili Berezutski ötən ilin noyabrında "Sabah"ın baş məşqçisi təyin olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью