Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.
Sabah saat 09:00-dan axşam saatlarınadək magistral su kəməri üzərində aparılacaq tikinti - bərpa işləri ilə əlaqədar Bakının Nizami rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq.
Bu barədə Qaynarinfo-a "İri Şəhərlərin Su Təchizatı" QSC-dən məlumat verilib.