Sabah saat 09:00 dan... XƏBƏRDARLIQ

23.04.2025

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Sabah saat 09:00-dan Abşeron rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq.

Bakupost.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, buna səbəb "Qaradağ-Sumqayıt" yüksəktəzyiqli magistral qaz kəmərində görüləcək təmir-bərpa işləridir.

"Qaz təchizatı dayandırılan müddətdə Xırdalan şəhərinin Yoncalıq və Quşçuluq massivlərinin, İlham Cəfərov küçəsinin, 26-cı məhəllənin, Müşfiqabad, Pirəkəşkül, Ceyranbatan, Saray, Aşağı Güzdək, Hökməli qəsəbələrinin, Qobu qəsəbəsinin bir hissəsinin, Qobustan və Çaylı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda qeyd olunub.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью