Sabah saat 09:30 dan qaz kəsiləcək BU RAYONDA

24.11.2025

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Salyan şəhər mərkəzinin bir hissəsində qaz təchizatı dayandırılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki, Salyan şəhər mərkəzində yerləşən "Şahmat" məktəbinin təbii qazla təmin edilməsi ilə bağlı yeni çəkilmiş qaz xəttinin qaz təchizatı şəbəkəsinə birləşdirilməsi məqsədi ilə əlaqədar 25.11.2025-ci il saat 09:30-dan etibarən işlər başa çatanadək şəhər mərkəzinin bir hissəsində (ümumi 3981 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью