Sabah saat 10:00 da Bakının bəzi ərazilərində qaz kəsiləcək XƏBƏRDARLIQ | Icma.az
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq. Bakının Nərimanov rayonunun bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Nərimanov rayonu, H.Əliyev prospekti ilə Ə.Əliyev küçəsinin kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar 04.09.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə H.Əliyev prospektində, A.M.Cümə, N.Hacıyev, Ə.Əliyev, A.Nemətulla, O.Əliyev və Məmmədov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu