Sabah saat 10:00 dan qaz kəsiləcək BU ƏRAZİLƏRDƏ

15.04.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Sabah təmir-quraşdırma işlərinin aparılması məqsədilə 16.04.2026-cı il tarixdə saat 10:00-dan etibarən Suraxanı və Sabunçu rayonlarının bəzi ərazilərinin qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq.
Bu barədə Bizim.Media "Azəriqaz"a istinadən xəbər verir.
"Təmir-quraşdırma işlərinin aparılması məqsədilə 16.04.2026-cı il tarixdə saat 10:00-dan etibarən Suraxanı rayonu üzrə "MİDA" yaşayış kompleksinin və "Sahil" yaşayış massivinin, Sabunçu rayonu üzrə isə Zabrat-1 qəsəbəsinin, Neftçilər və Nərimanov küçələrinin qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq", - məlumatda qeyd olunur.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью