Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Sabah Sabirabadın bəzi hissələrində qaz təchizatı dayandırılacaq.
Bu barədə XQ-yə Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Sabirabad rayonunun Axtaçı-Muğan, Güdəcühür, Qaratoğay, Osmalı, Şıxsalahlı, Qaragüney kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.