Sabah Şahbuzda işıq kəsiləcək

27.11.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz rayonunda noyabrın 28-də elektrik enerjisinin verilişində fasilə olacaq.

"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) Bakıvaxtı.az-a verilən məlumata görə, sabah 110/35 kV-luq Xalxal yarımstansiyasından çıxan 35 kV-luq Şahbuz hava elektrik xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar saat 10:00-dan 13:00-dək rayon ərazisində elektrik enerjisinin verilişi dayandırılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью