Sabah Şamaxı matçında 4 qol vuruldu

09.05.2025

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasında XXXIV tura start verilib.

"Ölkə.az" xəbər verir ki, açılış matçında "Sabah" "Şamaxı"nı qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib - 3:1. Meydan sahiblərinin qollarını 12 və 72-ci dəqiqədə İqor Noqeyra, 90+3-cü dəqiqədə Pavol Safranko vurub.

Qonaqlardan Leroy Mikels 26-cı dəqiqədə adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 44-ə çatdıran "Sabah" beşinci pillədə qərarlaşıb, "Şamaxı" isə 36 xalla yeddinci sıradadır.

Qeyd edək ki, tura mayın 11-də yekun vurulacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью