Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23.11.2025

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Misli Premyer Liqasının XII turunda daha bir matç keçirilib.
Bizim.Media xəbər verir ki, "Sabah" evdə "Şamaxı" ilə üz-üzə gəlib.
"Bank Respublika Arena"da baş tutan görüş qolsuz bərabərliklə nəticələnib.
 

Bu nəticədən sonra "Sabah" 22 xalla turnir cədvəlinin 4-cü pilləsindədir. 14 xala malik bölgə təmsilçisi isə səkkizincidir. Turun son matçı bu gün "Neftçi" və "İmişli" arasında keçiriləcək. Qarşılaşma "Palms Sport Arena"da saat 17:30-da start götürəcək.


Qeyd edək ki, turun daha öncə keçirilən görüşlərində "Kəpəz" "Karvan-Yevlax"ı (2:1), "Qarabağ" "Sumqayıt"ı (4:2), "Zirə" "Qəbələ"ni (1:0) məğlub edib.
"Araz-Naxçıvan" - "Turan Tovuz" görüşü isə heç-heçə nəticələnib - 1:1.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью