Sabah Şamaxıya uduzub

22.12.2024

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

"Sabah" Misli Premyer Liqasının XVIII turunda "Şamaxı"ya məğlub olub.

"Report"un məlumatına görə, oyun Şamaxı şəhər stadionunda keçirilib.

Qarşılaşma meydan sahiblərinin qalibiyyəti ilə bitib - 3:1

Bölgə təmsilçisində 23-cü dəqiqəxə Edqar Adilxanov, 55-ci dəqiqədə Belajdi Pusi, 62-ci dəqiqədə Leroy Mikels fərqləniblər. Paytaxt klubunda Pavol Safranko 38-ci dəqiqədə adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 17-yə çatdıran "Şamaxı" 7-ci pilləyə yüksəlib. 26 xalı olan "bayquşlar" 5-ci sıradadır.

Qeyd edək ki, günün ikinci görüşündə "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gələcək. XVIII turun əvvəlki matçlarında "Zirə" səfərdə "Səbail"i məğlub edib - 1:0. "Turan Tovuz" - "Neftçi" oyununda qalib müəyyənləşməyib - 1:1. "Kəpəz" - "Sumqayıt" qarşılaşmasında isə qapılara qol vurulmayıb.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью