Idmanxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasının XXXI turunda “Sabah” doğma meydanda “Səbail”lə üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, hər iki komanda matça itkilərlə çıxacaq. “Səbail”də Ayman Boali, Cabir Əmrəli və Qorka Laruçça zədə səbəbindən matçda iştirak etməyəcəklər. Hetyətdə cəzalı futbolçu yoxdur.
“Sabah” da oyuna itkilərlə çıxacaq. “Bayquşlar”ın heyətində cəzalı Pavol Safranko ilə zədəli Amin Seydiyev, Coy – Lens Mikels və Vinsent Till “Səbail”ə qarşı forma geyinə bilməyəcək.
Qarşılaşma bu gün saat 17:30-da start götürəcək.