“Sabah” “Səbail”i məğlub etdi VİDEO

29.11.2024

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Misli Premyer Liqasında 15-ci turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, ilk oyun gününün sonuncu matçı Masazırda baş tutub.
Bu həftə baş məşqçisini dəyişən “Sabah” “Səbail”lə qarşılaşıb. Vasili Berezutski yeni komandasında debüt edib. Paytaxt təmsilçisi rusiyalı mütəxəssisin debütündə çətin qələbəyə sevinib.
“Şamaxı” – “Kəpəz” və “Zirə” – “Sumqayıt” oyunları sabah keçiriləcək. “Neftçi” – “Qarabağ” matçı isə dekabrın 1-də baş tutacaq.
Misli Premyer Liqası
15-ci tur
29 noyabr
“Sabah” – “Səbail” 1:0
Qol: Coy Lens Mikels, 29.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.

Bank Respublika Arena.

Rəşad Rafiqoğlu, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью