Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Sabah” səfərdə “Orhus”la (Danimarka) qarşılaşıb. Ranners stadionunda keçirilən qarşılaşmada meydan sahibləri 2:1 hesabı ilə qələbə qazanıblar.
Skandinaviyalıların heyətində Ceyms Boqere (31, 63) dubl edib. “Bayquşlar”ın yeganə qolunu isə Velko Simiç (66) vurub. Komandalar arasında cavab matçı avqustun 11-də, saat 20:00-da Masazırdakı “Bank Respublika Arena”da təşkil olunacaq.
Qeyd edək ki, “Sabah”ın Bakıda keçiriləcək “Orhus”la cavab matçına artıq 3600 bilet satılıb. Bunu mətbuata açıqlamasında Bakı klubunun mətbuat katibi Elnur Həmidov deyib.
Qabil YUSİFOĞLU
XQ