Sabah səhər saat 08:00 dan bu yolda hərəkət dayandırılacaq

20.10.2026

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Oktyabrın 21-də saat 08:00-dan etibarən Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində, Yeni Həyat küçəsinin Şirvan küçəsi ilə kəsişməsindən 10-cu Müşfiqabad küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri aparılacaq.

Bu barədə Milli.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

"Sürücülərdən sıxlığın yaranmaması üçün əvvəlcədən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur", - məlumatda qeyd olunub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью