Sabah serbiyalı futbolçu ilə 2 illik müqavilə imzaladı

01.06.2026

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Sabah” Velko Simiçlə yeni müqavilə bağlayıb.

Sportal.az xəbər verir ki, serbiyalı futbolçu ilə yeni müqavilənin müddəti 2 ildir. Simiç “Sabah”la yeni müqaviləni azad agent kimi bağladığından, onun keçidi ilə bağlı hər hansı ödəniş edilməyib.

Velko ötən ilin avqust ayında Türkiyənin “Sivasspor” klubundan icarə əsasında “Sabah”a qoşulmuşdu. O, komandanın heyətində ümumilikdə 34 oyun keçirib, 12 qol vurub və 13 məhsuldar ötürmə edib.

Simiç son mövsümdə “Sabah”ın heyətində Azərbaycan çempionluğunu və ölkə kubokunu qazanıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью