“Sabah” “Slaviya” matçının ən yaxşı futbolçusu müəyyənləşdi

13.10.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Sabah” - “Slaviya” matçının ən yaxşı futbolçusu müəyyənləşdi

“Sabah”ın futbolçusu Coy-Lens Mikels UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Slaviya”ya (Praqa) qarşı keçirilən oyunun ən yaxşı futbolçusu seçilib.

QOL.az xəbər verir ki, Mikels UEFA-nın Texniki Müşahidəçilər Qrupunun qiymətləndirməsinə əsasən bu mükafata layiq görülüb.

“Sabah”ın 2:0 hesabı ilə qalib gəldiyi görüşdə 90 dəqiqə meydanda olan futbolçu komandasının ikinci qolunu  vurub.

UEFA-nın təqdim etdiyi statistikaya əsasən, Mikels oyunda 10,9 kilometr məsafə qət edib. Onun maksimal sürəti saatda 32,7 kilometr olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью