“Sabah” “Slaviya”: statistika

13.10.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turunun oyunları keçiriləcək.

Azərbaycan təmsilçisi “Sabah” Bakıda Çexiyanın “Slaviya” komandası ilə üz-üzə gələcək.

“Slaviya” Bakıya formada gəlib. Praqalılar çempionatda keçirdiyi ardıcıl 4 oyunda qələbəyə sevinib. Çexlərin bu mövsüm yeganə məğlubiyyəti Çempionlar Liqasında “Lans”la matçda olub. Komanda Liqada 10 oyunda 8 qələbə qazanıb, 2 dəfə heç-heçə edib.

“Slaviya” bu görüşlərdə 26 qol vurub, 6-nı buraxıb. Yarımmüdafiəçi Viktor Novak 5 qolla çempionatda bombardirlər siyahısında üçüncüdür. Onu komanda yoldaşı Emmanuel Ayaosi 4 qolla izləyir.

Praqalılar bu mövsüm səfərdə 5 oyunda 11 qola imza atıb, 1-ni buraxıb. 4 qələbə qazanan çexlər 1 dəfə heç-heçəyə razılaşıb. Komandanın ev statistikası da eynidir – 4 qələbə, 1 bərabərlik. “Slaviya” evində 5 oyunda 5 qol vurub, 5-ni buraxıb.

“Sabah” isə bu mövsüm Premyer Liqada 6 oyunda 5 qələbə qazanıb, 1 dəfə heç-heçə edib. 14 qol vuran “bayquşlar” cəmi 1-ni buraxıb.

Həm “Sabah”, həm “Slaviya” hücumda effektiv, müdafiədə kompakt oyun sərgiləyən komandadır. Çexlər bugünkü görüşdə erkən qol vurmaq və rəqibin müqavimətini qırmaq arzusundadır. “Slaviya” bu mövsüm matçların böyük qismində ilk 20 dəqiqədə fərqlənməyi bacarıb. Dambrauskasın yetirmələri bu amili diqqətdə saxlamalıdır.

Matça saat 20:45-də start veriləcək.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью