Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Misli Premyer Liqasında "Sabah"-" Sumqayıt" matçında gözlənilməz hadisə baş verib.
Redaktor.az xəbər verir ki, matçın 29-cu dəqiqəsində stadionda işıqlar sönüb və oyun dayandırılıb.
Maraqlıdır ki, stadionun ətrafındakı binalarda işıqlar yanır.
Futbolçular meydanda işığın yanmasını gözləsələr də, oyunun baş hakimi Əliyar Ağayev onları paltargeyinmə otağına göndərib.
Qeyd edək ki, oyunda hesab 1:0 hesabı ilə "Sabah"ın xeyrinədir.
Hazırda 10 dəqiqədən vaxt keçməsinə baxmayaraq stadionda işıqlar yanmayıb.
Turan İSMAYIL