Sabah Sumqayıt oyunu qolsuz başa çatdı | Icma.az
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.
Modern.az xəbər verir ki, “Sabah” “Bank Respublika Arena”da “Sumqayıt”ı qəbul edib. Görüş qolsuz heç-heçə ilə nəticələnib.
Günün ilk matçında “Kəpəz” və “Neftçi” komandaları qarşılaşıblar.
Tovuz şəhər stadionunda oynanılan görüş Bakı təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 35-ci dəqiqədə Ağadadaş Salyanski, 69-cu dəqiqədə Yuri Matias vurublar.
Komandalar arasında cavab qarşılaşması fevralın 28-də keçiriləcək. Qeyd edək ki, bu raundun görüşlərinə fevralın 6-da yekun vurulacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu