Sabah Sumqayıtda qaz olmayacaq

13.08.2026

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu barədə Ölkə.az-a "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.

Bildirilib ki, şəhərin Heydər Əliyev prospektində korroziyaya uğramış d159 mm-lik yeraltı orta təzyiqli qaz xəttinin PE225 mm-lik polietilen qaz xətləri ilə əvəzlənməsi ilə əlaqədar yeni çəkilmiş xətlərin qaz mənbəyinə qoşulması məqsədilə təmir işləri aparılacaq.

Bununla əlaqədar avqustun 14-də saat 10:00-dan "Şəhər-1" PE315 mm-lik yeraltı orta təzyiqli qaz xəttinin bir hissəsində qaz təchizatı dayandırılacaq.

Nəticədə Sumqayıtın 1, 2, 3, 4, 5, 7-8-9, 12, 14, 15, 16, 17, 18, 19, 20, 21, 29, 34 və 49-cu məhəllələri, 1, 2, 5 və 6-cı mikrorayonları, Qızılqum və Betonzavod əraziləri, həmçinin İnşaatçılar qəsəbəsində yaşayan ümumilikdə 29 min abonentin qaz təchizatında məhdudiyyət yaranacaq.

Qaz təchizatı işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью