Sabah tam Ay tutulması olacaq Bakıdan da görünəcək

06.09.2025

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2025-ci il sentyabrın 7-dən 8-nə keçən gecə son üç ilin ən uzun tam Ay tutulması baş verəcək. Bu nadir astronomik hadisəni planetin əhalisinin təxminən 88%-i görə biləcək.

Axar.az xəbər verir ki, Ay tutulmasının sentyabrın 7-də saat 22:11-dən başlayacağı və 1 saat 22 dəqiqə davam edəcək. Ay tamamilə Yerin kölgəsinə girəcək və qırmızı rəng alacaq.

Kölgə açıq narıncıdan tünd qırmızıya qədər dəyişə bilər. Ona görə də bu hadisəyə “Qanlı Ay” da deyirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью