“Sabah” tarix yazdı Azərbaycanda ilk

25.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında növbəti tarixi uğuruna imza atıb.

Futbolpress.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu Bakı təmsilçisi öz meydanında İsrailin “Hapoel” (Beer-Şeva) klubunu qəbul edib. Qol şousunun yaşandığı matçda “bayquşlar” rəqibini 5:2 hesabı ilə darmadağın edərək Çempionlar Liqasının əsas mərhələsinə vəsiqəni təmin ediblər.

Bu nəticə ilə “Sabah” Azərbaycan futbolu tarixində bir ilkə imza atıb. Paytaxt klubu Çempionlar Liqasının I təsnifat mərhələsindən mübarizəyə qoşularaq əsas mərhələyə qədər irəliləyən ilk ölkə təmsilçisi olub.

Bundan əvvəl “Qarabağ” 2017/18 və 2025/26 mövsümlərində qitənin ali turnirinin əsas mərhələsinə vəsiqə qazananda yarışa ikinci təsnifat raundundan başlamışdı.

Qeyd edək ki, “Sabah” cari mövsüm Çempionlar Liqasının təsnifat mərhələləri çərçivəsində keçirdiyi oyunlarda ümumilikdə 17 dəfə rəqib qapılarına yol tapıb, öz qapısında isə 7 qol görüb.

2026/27 UEFA Çempionlar Liqasının liqa mərhələsinin püşkatma mərasimi 27 avqustda, Bakı vaxtı ilə saat 20:00-da Monakoda keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью