“Sabah” tarixdə bu göstəriciyə imza atan 3 cü komanda oldu

27.01.2025

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Sabah” Azərbaycan Premyer Liqasının XX turunda “Sumqayıt”la qolsuz heç-heçə edib.

Futbolpress.az PFL-ə istinadən xəbər verir ki, Bakı klubu keçirdiyi 20 matçda 10-cu dəfə bərabərliklə kifayətlənib.

Ölkə çempionatları tarixində 3-cü belə hadisədir ki, bir komanda ilk 20 turun oyunlarının ən azı yarısında “sülh”ə imza atıb. Mütləq rekord 2012/13 mövsümündə 20 turda 11 heç-heçə edən “Bakı”ya məxsusdur. “Şamaxı” 2014/15 mövsümündə “İnter” adı ilə 10 heç-heçə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью