Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün cavab qarşılaşmasına çıxacaq.
KONKRET.az bildirir ki, Valdas Dambrauskasın baş məşqçi olduğu komanda İsrail təmsilçisi “Hapoel” (Beer-Şeva) ilə üz-üzə gələcək.
Qarşılaşmaya Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start veriləcək. Görüşü rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.
Xatırladaq ki, komandalar arasında Rumıniyada baş tutan ilk görüşdə İsrail klubu 2:1 hesablı qələbə qazanmışdı.