Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Qarabağ” Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Sabah”a uduzub – 1:2. Misli Premyer Liqasında ikinci sırada qərarlaşan “atlılar” böyük ehtimalla, mövsümü titulsuz başa vuracaq.
Veteran futbolçu Nadir Nəbiyev “Futbolpress.az“a açıqlamasında “Qarabağ”ın çıxışını şərh etdi:
“Qarabağ”ı tərk edən futbolçuların yoxluğu açıq-aşkar hiss olunurdu. Heyət də əvvəlki çempionatla müqayisədə o qədər geniş deyil. Üstəlik, zədəli oyunçuların olması komandanın oyununa təsir göstərdi. “Qarabağ”ın Çempionlar Liqasındakı matçlarından sonra yorğunluq da nəzərə çarpırdı. Bu amillər istər-istəməz komandanın nəticələrinə təsir edir”.
Nəbiyev çempionatın lideri, kubokda finala adlayan “Sabah”dan da danışdı:
“Mənccə, həm nəticə, həm də oyun baxımından “Sabah” tarixinin ən yaxşı dövrünü yaşayır. Komandanın çempionatda lider olmasını, kubokda da finala çıxması gözlənilən idi. Belə qarşılaşmalar həmişə fərqli keçir. İndidən deyə bilərik ki, azarkeşləri maraqlı oyun gözləyir. Həm “Zirə”, həm də “Sabah” komandası tarixlərində ilklərə yaxındı: “Zirə” ilk dəfə kuboku qazana, “Sabah” isə dubl edə bilər”.
Şahin Cəfərov