Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dekabrın 3-də SABAH qruplarının 10 illik yubileyinə həsr olunan tələbə-məzun forumu və karyera sərgisi keçirilib.
SİA xəbər verir ki, tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev forumun məqsədi barədə məlumat verib.
Bildirib ki, “SABAH qrupları” layihəsinin 10 illik fəaliyyəti üzrə uğurlarının nümayiş etdirilməsi, məzunların məşğulluq səviyyəsinin dəyərləndirilməsi, məzun assosiasiyasının təməlinin qoyulması, tələbə və məzunlar arasında şəbəkələşmənin qurulmasıdır.
Nazir müavini təhsil ilə əmək bazarı arasında daha interaktiv əlaqələrin qurulmasının vacibliyini vurğulayıb.
Bildirib ki, gənclər gələcəyin tələblərinə uyğun məqsədlər müəyyən etməlidirlər.
Milli Observatoriyanın direktoru Elnur Səfərli tədbir iştirakçılarına SABAH qruplarının 10 illik statistik göstəriciləri barədə məlumat verib.
O bildirib ki, SABAH qruplarının məşğulluq göstəriciləri ölkə üzrə 86 faiz, məzunların orta əməkhaqqı isə 1250 manatdan yüksəkdir.