SABAH tələbəməzun forumu və karyera sərgisi keçirilib AZƏRTAC | Icma.az
Icma.az bildirir, Azertag portalına istinadən. Bakı, 3 dekabr, AZƏRTAC Dekabrın 3-də SABAH qruplarının 10 illik yubileyinə həsr olunan tələb
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev forumun məqsədi barədə məlumat verib.
Bildirib ki, “SABAH qrupları” layihəsinin 10 illik fəaliyyəti üzrə uğurlarının nümayiş etdirilməsi, məzunların məşğulluq səviyyəsinin dəyərləndirilməsi, məzun assosiasiyasının təməlinin qoyulması, tələbə və məzunlar arasında şəbəkələşmənin qurulmasıdır.
Nazir müavini təhsil ilə əmək bazarı arasında daha interaktiv əlaqələrin qurulmasının vacibliyini vurğulayıb.
Bildirib ki, gənclər gələcəyin tələblərinə uyğun məqsədlər müəyyən etməlidirlər.
Milli Observatoriyanın direktoru Elnur Səfərli tədbir iştirakçılarına SABAH qruplarının 10 illik statistik göstəriciləri barədə məlumat verib.
O bildirib ki, SABAH qruplarının məşğulluq göstəriciləri ölkə üzrə 86 faiz, məzunların orta əməkhaqqı isə 1250 manatdan yüksəkdir.Tədbirdə çıxış edən UNEC rektoru Ədalət Muradov SABAH qruplarının ali təhsil sistemində innovativ model kimi rolunu vurğulayıb.
O bildirib ki, UNEC-də SABAH məzunlarının 100 faizi işlə təmin olunur.Forum çərçivəsində SABAH İncəsənət Festivalında tələbə və məzunların nümayiş etdirdikləri müxtəlif layihələr, əl işlərindən formalaşdırılmış “Virtual muzey”in təqdimatı baş tutub, SABAH karyera sərgisi keçirilib.
Tam oxu
Xəbəri oxu