“Sabah” TNS oyunlarının vaxtı açıqlandı

22.06.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

“Sabah” - TNS oyunlarının vaxtı açıqlandı

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Sabah”la TNS (Uels) arasında keçiriləcək oyunların başlama saatları müəyyənləşib.

QOL.az bu barədə UEFA-nın saytına istinadən xəbər verir.

Komandalar arasında ilk görüş iyulun 7-də Masazırda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

Cavab oyunu isə iyulun 14-də İngiltərənin Osvestri şəhərində yerləşən “Park Hall” stadionunda təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Qeyd edək ki, bu, “Sabah”ın tarixində UEFA Çempionlar Liqasındakı ilk oyunları olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью