Icma.az bildirir, sport24.az portalına istinadən.
Bu gün "Sabah" FIBA Çempionlar Liqasında növbəti oyununa çıxacaq. Sport24.az xəbər verir ki, son ölkə çempionu müntəzəm mövsümün II turunda Türkiyə təmsilçisi "Trabzonspor"un qonağı olacaq.
Görüşün start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.
Qeyd edək ki, A qrupunda "Trabzonspor" və "Ritas"ın (Litva) 2, "Nanter 92" (Fransa) və "Sabah"ın 1 xalı var. "Bayquşlar" I turda səfərdə "Ritas"a 73:82 hesabı ilə uduzub.