Sabah , Turan Tovuz və Neftçi cərimə edildi

27.05.2025

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Football-plus.az" xəbər verir ki, iclasda Misli premyer-liqasının cari mövsümünün son - 36-cı turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
“Sabah” – “Neftçi” oyununun 50-ci dəqiqəsində “bayquşlar"ın futbolçusu Sofian Çakla ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalandırılıb. Masazır təmsilçisi 1500 manat cərimələnib.
Həmin matçın 76-cı dəqiqəsində “Neftçi”nin futbolçusu Edvin Kuç rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılıb. "Ağ-qaralar" 1000 manat ziyana düşüb.
“Turan Tovuz” – “Kəpəz” görüşünün fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə "bozqurd" 800 manat cərimələnib..

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью