“Sabah” Türkiyədə 2 qələbə qazandı

25.07.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyədə təşkil olunan “Rize Cup” beynəlxalq futbol turnirinə start verilib.

Futbolpress.az xəbər verir ki, “Sabah”ın U-12 komandası turnirdə ilk oyunlarını keçirib. İlk matçda komanda yerli “Rizespor”la qarşılaşıb. Oyun rəqibin 2:1 hesablı qələbəsi ilə nəticələnib. “Sabah”ın heyətində Səhlab Məmmədov fərqlənib.

“Sabah” növbəti qarşılaşmasında “Başakşehir”i 1:0 hesabı ilə məğlub edib. Oyunda yeganə qolu Arda Fərəmuzov vurub.

Baş məşqçi Emin Salmanovun çalışdırdığı kollektiv üçüncü oyunda “Qaziantep”lə qarşılaşıb. “Bayquşlar” bu matçdan 3:1 hesablı qələbə ilə ayrılıb. Matçda hər üç qola Arda Fərəmuzov imza atıb. Üç oyundan sonra “Sabah”ın hesabında altı xal var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью