“Sabah” Türkiyədə uduzdu

14.10.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Kişi basketbolçulardan ibarət “Sabah” komandası FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə növbəti qarşılaşmasını keçirib.

Futbolpress.az xəbər verir ki, Azərbaycan çempionu A qrupunun II turu çərçivəsində Türkiyədə “Trabzonspor”un qonağı olub.

Gərgin mübarizə şəraitində keçən oyun meydan sahiblərinin 100:83 hesablı üstünlüyü ilə başa çatıb. Bu nəticə ilə “Sabah” FIBA Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi hər iki matçda məğlubiyyətlə barışmalı olub.

Təmsilçimiz A qrupunun açılış oyununda Litvada “Ritas” komandasına 73:82 hesabı ilə güzəştə getmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью