“Sabah” Türkiyədən basketbolçu transfer edir

22.10.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Sabah” basketbol komandası heyətini Orxan Aydın Hacıyevlə gücləndirib.

İdman.Biz xəbər verir ki, bu barədə basketbolçunun əvvəlki klubu “Mersinspor” məlumat yayıb.

Komandanın kapitanı olan basketbolçu karyerasını Azərbaycan təmsilçisində davam etdirəcək. Klub rəhbərliyi onun göstərdiyi mübarizəyə, liderlik keyfiyyətlərinə və komandaya verdiyi töhfəyə görə təşəkkür edib, karyerasının növbəti mərhələsində uğurlar arzulayıb.

Qeyd edək ki, “bayquşlar” hələ ki transferi rəsmən elan etməyib.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью