Sabah üçün əlamətdar oyun

16.12.2024

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

“Sabah” Azərbaycan çempionatlarında 40-cı səfər qələbəsini qazanıb.

QOL.az xəbər verir ki, Bakı klubu Misli Premyer Liqasının 17-ci turunda “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib.

Paytaxt təmsilçisi bu yubileyə rəqib meydanlarındakı 97-ci görüşdə nail olub. “Sabah” səfərdə ən azı 40 dəfə qalib gələn 13-cü komandadır.

Qeyd edək ki, “Sabah” ilk uğurunu Premyer Liqadakı debüt matçında əldə edib. 2018-ci il avqustun 12-də “Şamaxı” ilə səfər oyununda 1:0 hesablı qələbə qeydə alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью