Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün Azərbaycanın Çempionlar Liqasındakı yeganə təmsilçisi "Sabah" komandası Finlandiyada "KuPS" ilə qarşılaşacaq.
AZXEBER.COM xəbər verir ki, matç Bakı vaxtı ilə saat 19:00-da Kuopio şəhər Mərkəzi Stadionunda start götürəcək. Oyunu İsraildən olan FIFA referisi Qal Leyboviç idarə edəcək.
Xatırladaq ki, komandalar arasında ötən həftə Bakıda baş tutan ilk görüşdə Azərbaycan çempionu rəqibini 1:0 hesabı ilə məğlub edib.
Matç saat 19:00-da başlayacaq və İctimai TV-də canlı yayımlanacaq.
Sabah” "KuPS” səddini aşacağı təqdirdə tarixində ilk dəfə avrokubokların liqa mərhələsinə vəsiqəni rəsmiləşdirəcək (ən azından Konfrans liqası) və "Neftçi”, "Qarabağ” ilə "Qəbələ”dən sonra bu uğura imza atan 4-cü klubumuz kimi futbol tariximizə düşəcək.