“Sabah“ uduzdu, Azərbaycanın mövqeyi... UEFA reytinqi

21.10.2026

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən gün Çempionlar Liqasının Liqa mərhələsində keçirilən oyunlarda qeydə alınan nəticələrə əsasən ölkələrin UEFA reytinqi yenilənib.

Moderator.az xəbər verir ki, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra və mövqeyini yaxşılaşdıra bilməyib.

Buna Valdas Dambrauskasın baş məşqçisi olduğu "Sabah"ın 3-cü turun oyununda Dortmund "Borussiya"sına (Borussia Dortmund) Bakıda uduzması (1:2) səbəb olub. Nəticədə cari mövsümdə qazanılan əmsal (5.625) dəyişməz qalıb. Bunun 3.500 əmsalı "Sabah"ın, 1.250-i "Qarabağ"ın, 0.625-i "Zirə"nin, 0.250-si isə "Neftçi"nin payına düşür.

Hazırda ölkəmizin ümumi xal ehtiyatı 24.187-yə bərabərdir.

Azərbaycan qitə sıralamasında 24-cü yerdədir. Ən yaxın izləyicimiz İsrailin 24.125 əmsalı var. Bir pillə öndə - 23-cü yerdə qərarlaşan Ukraynanın ümumi qazancı isə 24,837-yə bərabərdir.

55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (105.574) başçılıq edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью