“Sabah” UEFA Avropa Liqasında mübarizəni dayandırıb

18.07.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

“Sabah” UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində cavab matçında “Selye”nin qonağı olub.

APA xəbər xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmanın əsas vaxtı Azərbaycan təmsilçisinin 3:2 hesabı ilə üstünlüyü ilə yekunlaşıb.

Komandalar arasında Bakıda baş tutan qarşılaşmada “Selye” "Sabah"ı 3:2 hesabı ilə məğlub etdiyinə görə, oyunda əlavə 30 dəqiqə oynanılıb.
Əlavə vaxtda “Selye” bərabərlik qolunu vurmağa nail olub. Bununla da "Sabah" UEFA Avropa Liqasının növbəti mərhələsinə keçə bilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью