Sabah UEFA Çempionlar Liqası tarixinə düşdü

26.08.2026

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Sabah" klubu UEFA Çempionlar Liqası tarixinə düşüb.

Milli.Az xəbər verir ki, 2017-ci ildə təsis olunan Azərbaycanın gənc klubu "Sabah" UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanmaqla dünya futboluna imza atdı.

Bu möhtəşəm uğurla "Sabah" turnir tarixinin əsas mərhələyə yüksələn ən gənc klubu adına yiyələndi.

İyul ayının əvvəlində mübarizəyə start verən "Sabah" qrup mərhələsinə qədər 4 mərhələ keçmək məcburiyyətində qaldı:

1-ci təsnifat mərhələsi: TNS - Uels

2-ci təsnifat mərhələsi: "KuPS" - Finlandiya

3-cü təsnifat mərhələsi: "Orhus" - Danimarka

Pley-off mərhələsi: "Hapoel Ber-Şeva" - İsrail
(Offsideplus.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью