Sabah UEFA Gənclər Liqasında mübarizəni dayandırıb

06.11.2024

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının II təsnifat mərhələsində mübarizəni dayandırıb.

"Report"un məlumatına görə, Bakıda İsveçrə təmsilçisi "Bazel"lə qarşılaşan Adino Mustedanaqiçin baş məşqçisi olduğu kollektiv 1:2 hesabı ilə məğlub olub.

Azərbaycan klubunun yeganə qoluna 89-cu dəqiqədə Anar Hüseynov imza atıb.

Qeyd edək ki, ilk matçda "Bazel" 6:0 hesablı qələbə qazanmışdı.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью