“Sabah” üstün durumda Yenilənir

21.07.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Sabah” üstün durumda - Yenilənir

Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin oyunlarına start veriləcək. 

QOL.az xəbər verir ki, yarışda ölkəmizi təmsil edən “Sabah” öz meydanında Finlandiya çempionu "KuPS"u qəbul edir.

20:00-da start götürən görüşü Polşadan olan hakimlər briqadası idarə edir.

Tərəflər arasında cavab oyunu bir həftə sonra Finlandiyada keçiriləcək. 

Qeyd edək ki, bu cütdə mərhələ adlayacaq tərəf Çempionlar Liqasının III təsnifat mərhələsində "Orhus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.

Uduzan tərəf isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Levski" (Sofiya, Bolqarıstan) - "Universitatya" (Krayova, Rumıniya) duelinin məğlubu ilə üz-üzə gələcək.

21 iyul

UEFA Çempionlar Liqası

2-ci təsnifat mərhələsi, ilk oyun 

20:00. “Sabah” (Azərbaycan) - "KuPS" (Finlandiya) - 1:0 (İkinci hissə)

Qol: Velko Simiç, 45+1

Baş hakim: Lukaş Kujma (Polşa)
Masazır stadionu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью