“Sabah” və “Neftçi” cərimələndi

22.08.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, bu gün keçirilən toplantıda Azərbaycan Kubokunun yarımfinal mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib: 

23.04.2025-ci il tarixində Azərbaycan Kubokunda ½ finalın “Sabah” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilsin (maddə 51.2);

23.04.2025-ci il tarixində Azərbaycan Kubokunda ½ finalın “Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Sabah” klubu 800 manat cərimə edilsin (maddə 52.1);

23.04.2025-ci il tarixində Azərbaycan Kubokunda ½ finalın “Sabah” – “Neftçi” oyunu bitdikdən sonra “Sabah” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sabah” klubu 1500 manat cərimə edilsin (maddə 52.2);

23.04.2025-ci il tarixində Azərbaycan Kubokunda ½ finalın “Sabah” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Neftçi” klubu 800 manat cərimə edilsin (maddə 52.1);

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью