Sabah və Neftçi klubları azarkeşlərinə görə cərimələnib

25.04.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 25 aprel, AZƏRTAC

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Kubokunun yarımfinal oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Sabah” klubu “Neftçi” ilə oyundan sonra meydançaya kənar şəxslər daxil olduğu üçün 800, meydana yad əşyalar atıldığına görə 800, eləcə də pirotexniki vasitələrdən istifadə edildiyi üçün 1500 manat məbləğində cərimə olunub.

"Neftçi" klubu da azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə 800 manat ziyana düşüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью